Britniyə görə Baydenlə görüşdən imtina etdi

2 İyul 2022 09:30

"Hilton" otellər şəbəkəsinin varisi, müğənni-model Peris Hilton Amerika prezidenti Co Baydenlə görüşdən imtina edib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə o, verilişlərin birində danışıb. Sənətçi bu addımı rəfiqəsi Britni Spirsin toyuna görə atdığını bildirib:

"Prezident Bayden və onun komandası məni dünya liderləri ilə birgə şam yeməyinə dəvət etdilər. Lakin həmin gün Britninin toyu idi. Toydan helikopterlə ayrılan qəribə qonaqlar arasında olmaq istəmirdim və bu səbəbdən görüşdən imtina etdim". 

Milli.Az