10 il sonra iki övladının anasıyla evləndi - VİDEO

2 İyul 2022 12:30

Türkiyənin "Manqa" qrupunun solisti Fərman Akgülün 10 ildir birlikdə olduğu və iki övladının anası Bettina Kupermanla toyları olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki,ötən gün dəniz kənarında cütlüyün ailəsi və dostlarının iştirak etdiyi məclis keçirilib. Sənətçi özəl günündən görüntüləri instaqram hesabında paylaşıb.

Qeyd edək ki, onlar ötən il dekabrın 26-da nikah bağlayıb.

Milli.Az