İlon Mask Roma Papası ilə görüşüb

2 İyul 2022 08:27

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Mask iyunun 30-da Roma Papası Fransisk ilə görüşüb.

Bu barədə İ.Mask özünün "Twitter" səhifəsində yazıb.

"Bir gün əvvəl Roma Papası Fransisklə görüşmək mənim üçün böyük şərəf idi", - deyə İ.Mask bildirib.

İş adamı görüşün təfərrüatları barədə məlumat verməyib.

Milli.Az