Rusiya yalnız bu halda BMT TŞ-dən çıxa bilər - Polyanski

2 İyul 2022 08:56

Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması yalnız təşkilatın ləğvi və yenidən yaradılması şərti ilə mümkündür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanı BMT TŞ və BMT Baş Assambleyasından çıxarmaq çağırışlarını şərh edərkən deyib.

"Bu, hələ də hansısa psevdo-hüquqi bazadan istifadə etmək cəhdidir. Lakin bütün normal insanlar başa düşürlər ki, belə bir ssenari yalnız BMT-nin ləğvi və yenidən qurulması ilə mümkündür", - deyə o bildirib.

Milli.Az