Uçqunda ölən azərbaycanlının kimliyi müəyyənləşdi

2 İyul 2022 08:34

Türkiyənin Artvin vilayətində baş verən torpaq uçqunu nəticəsində ölən azərbaycanlı sürücünün kimliyi müəyyənləşib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, 38 yaşlı Şahmar Kərimovdur.

Bundan başqa, hadisə nəticəsində Vüqar Məmmədov adlı Azərbaycan vətəndaşı da yaralanıb. Digər yaralının isə özbəkistanlı olduğu bildirilir.

Qeyd edək ki, sözügedən hadisə Kemalpaşa rayonu ərazisində baş verib. Hadisə nəticəsində nəqliyyat vasitələrinə də ziyan dəyib.

Milli.Az