Bakının Nəsimi rayonunda yol qəzası qeydə alınıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.
"Toyota" markalı maşının sürücüsü sola dönmək istəyərkən "Saipa" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək "Toyota"ya çırpılıb. Zərbənin gücündən "Toyota" əks yolda olan eyni markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində "Saipa"da olan sərnişin xəsarət alıb. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Milli.Az