“Novartis” əməkdaşlarını ixtisar edir

2 İyul 2022 08:58

İsveçrənin Novartis əczaçılıq şirkəti kütləvi ixtisarlara hazırlaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, artıq bütün əməkdaşlar bu barədə məlumatlandırılıb.

Şirkət düya üzrə 108 000 əməkdaşın 8 000 nəfərini ixtisar edəcək. Bəzi bölmələr ümumiyyətlə bağlanacaq. Ən ciddi azalma Bazeldəki baş ofisdə və zavodda həyata keçiriləcək. İsveçrədəki 11 600 əməkdaşın 1400-ü işini itirəcək. Şirkət strukturun yenidən təşkili yolu ilə yaxın 2 ildə 1 milyard dollar vəsaitə qənaət etmək istəyir.

Milli.Az