ABŞ-ın Ukraynaya verəcəyi silahlar bilindi

2 İyul 2022 08:08

ABŞ-ın Ukraynaya verəcəyi növbəti hərbi yardım paketində 2 səyyar NASAMS zenit-raket kompleksi və 4 RLS yer alır.

Bu barədə Pentaqonun sözçüsü Todd Bressil məlumat verib.
"ABŞ Müdafiə Nazirliyi Ukraynaya 820 milyon dollar dəyərində əlavə yardıma dair qərar verib. ZRK və RLS-lə yanaşı yardıma HİMARS yaylım atəşli reaktiv sistemləri və 150 min ədəd mərmi də daxildir" - deyə Bressil bildirib.
Sözçü qeyd edib ki, Vaşinqtonun Ukraynaya hərbi yardımının ümumi dəyəri 7,6 milyard dollardır.

Milli.Az