"Thales" Rusiyadakı fəaliyyətini dayandırır

2 İyul 2022 08:53

Fransanın "Thales" şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin nümayəndəsi Vanessa Viala bildirib.

"Biz təsdiq edə bilərik ki, "Thales" Rusiyadan gedir", - deyə nümayəndə qeyd edib.

Qeyd edək ki, "Thales" şirkəti rabitə, kibertəhlükəsizlik və böyük həcmdə məlumatlar sahələrində yüksək texnologiyalı inkişaflar üzrə ixtisaslaşıb. Şirkət eyni zamanda bank kartları üçün təhlükəsizlik modullarının istehsalı ilə də məşğuldur.

Milli.Az