ÜST-dən meymunçiçəyi XƏBƏRDARLIĞI

2 İyul 2022 08:23

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hökumətləri meymunçiçəyi xəstəliyinin yayılmasına qarşı mübarizəni gücləndirməyə çağırıb.

Bunu ÜST-nin Avropa üzrə regional direktoru Hans Klüge deyib.

"Əgər bunun gedişatını dəyişdirmək və bu xəstəliyin yayılmasını dayandırmaq istəyiriksə, təcili və əlaqələndirilmiş tədbirlər görmək lazımdır", - deyə H.Klüge bildirib.

Onun verdiyi məlumatlara görə, meymunçiçəyinə yoluxma hallarının təxminən 90 faizi təşkilatın Avropa regionunun payına düşür.

Milli.Az