Pentaqon Ukraynaya 820 milyon dollar ayırıb

2 İyul 2022 08:03

Rəsmi Vaşinqton Ukraynaya təhlükəsizlik və müdafiə sahəsində ümumilikdə 820 milyon dollar dəyərində daha bir yardım paketinin ayrıldığını açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.

"Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 820 milyon dollarlıq əlavə müdafiə yardımı elan edib", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, ABŞ-ın son yardım paketi Ukraynaya HIMARS reaktiv yaylım atəşi sistemləri üçün əlavə raketlər, iki NASAMS zenit-raket kompleksi, 155 mm-lik haubitsalar üçün təxminən 150 min mərmi, dörd əlavə artilleriya əleyhinə radarın verilməsini nəzərdə tutur.

Milli.Az