Argentinada təyyarə qəzaya uğrayıb

2 İyul 2022 07:55

Argentinanın Rio-Qrande şəhərinin hava limanında göyərtəsində tibb işçiləri olan sanitar təyyarə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təyyarə hava limanından qalxan zamanı yaxınlıqdakı binalardan birinə çırpılıb.

Bildirilir ki, hadisə ilə əlaqədar hava limanı müvəqqəti fəaliyyətini dayandırıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az