Xəzərdə batan xilas edilib

2 İyul 2022 07:45

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Xəzər" sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Milli.Az