Türkiyə ordusu 2 PKK terrorçusunu məhv etdi

2 İyul 2022 07:35

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 2 PKK terrorçusunu zərəsizləşdiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, terrorçular "Pençe-Kilit" antiterror əməliyyatı zonasında zərərsizləşdiriliblər.

Milli.Az