"Kamp Nou"nun adı dəyişdirildi

2 İyul 2022 07:15

"Barselona"nın ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunun adı dəyişdirilib.

Stadion "Spotify Kamp Nou" adlanacaq. Ad dəyişikliyi "Barselona" və Spotify arasında razılaşmanın bir hissəsidir. Sponsorun köməyi ilə kataloniyalılar əlavə vəsait əldə edəcəklər.

Qeyd edək ki, İspaniya mətbuatı klubun bu sponsorluqdan 300 milyon avro qazanacağını yazıb.

Milli.Az