Pentaqon Ukraynaya 820 milyon dollarlıq əlavə hərbi yardım paketini açıqlayıb

1 İyul 2022 23:46

Pentaqon Ukraynaya daha bir hərbi yardım paketinin ayrıldığını təsdiqləyib.

Milli.Az "report"a istinadən bildirir ki, söhbət 820 milyon dollarlıq əlavə hərbi yardım paketindən gedir.

Buraya HIMARS MLRS üçün döyüş sursatı, 155 mm-lik artilleriya üçün 150 min mərmi, dörd əksbatareya radarı və iki NASAMS hava hücumundan müdafiə sisteminin tədarükü daxildir.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden yardım paketinin tezliklə göndəriləcəyini açıqlayıb.

Milli.Az