23:55
Göygöl rayonunda ağır yol qəzasında ölənlərin sayı artıb.
Milli.Az "report"a istinadən bildirir ki, xəsarət alanlardan daha biri dünyasını dəyişib.
Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.
---------
23:34
Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Milli.Az "report"a istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük avtomobili ilə "VAZ-2107"nin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Milli.Az