Millimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib - FOTO

1 İyul 2022 23:31

Kiçik ölkələr arasında keçirilən basketbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası dörddəbir final mərhələsi çərçivəsində San-Marino seçməsi ilə qarşılaşıb.

Milli.Az Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, oyuna fəal başlayan yığmamız yekunda parketdən 68:51 hesablı qələbə ilə ayrılıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev seçilib.

Qeyd edək ki, yığmamız yarımfinalda Malta komandası ilə qarşılaşacaq. Oyun iyulun 2-də Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Milli.Az