“İnter” “Ayaks”ın qapıçısını transfer etdi

1 İyul 2022 23:18

İtalyanın "İnter" futbol klubu "Ayaks"ın qapıçısı Andre Onananı transfer edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, kamerunlu qolkiperlə beşillik müqavilə imzalanıb. İtaliya təmsilçisi bu transfer üçün təzminat ödəməyib.

Qeyd edək ki, 26 yaşlı oyunçu yeni klubunda ilinə 3 milyon avro qazanacaq.

Milli.Az