Avtomobil ağaca çırpılıb, sürücü həlak olub

1 İyul 2022 22:28

Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü, 1962-ci il təvəllüdlü Şəmkir rayon sakini Qasımov Söhrab hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az