"Anadolu Qartalı - 2022" təlimi başa çatıb

1 İyul 2022 21:54

Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan "Anadolu Qartalı -2022" beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Azərbaycan, Türkiyə, Böyük Britaniya, İordaniya, Pakistan və NATO-nun Hərbi Hava və Dəniz Qüvvələri iştirak edib.

Milli.Az