Dünya çempionatında topa xüsusi məlumat ötürücüsü quraşdırılacaq

1 İyul 2022 18:02

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında matç zamanı oyundankənar vəziyyət (ofsayd) yarıavtomatik şəkildə müəyyən olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FIFA) bildirib.

Qeyd olunur ki, yeni texnologiya 12 kameradan istifadə edəcək, futbolçunun oyundankənar vəziyyətdə olması barədə məlumat hakimə ötürüləcək. Bundan başqa, futbol topuna xüsusi məlumat ötürücüsü də quraşdırılacaq ki, bu da topa son toxunuşun vaxtını müəyyən etməyə kömək edəcək.

Qısa müddət sonra stadiondakı ekranda ofsayd vəziyyətinin 3D animasiyası əks olunacaq.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı Qətərdə noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Milli.Az