Özünü (insanı) tanıma

5 İyul 2022 23:50

Özünü (insanı) tanımaİnsanın yer üzündə ilahi xilafəti

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ

"Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!" - dedikdə, onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?" - söylədilər. O dedi: "Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!"" (Bəqərə, 30).

İzah: Heç şübhəsiz, insan üçün təkamül yolunda atacağı ilk addım özünü tanımasıdır. Yəni insan haradan gəldiyi, haraya gedəcəyi və nə üçün yaradıldığı haqqında düşünməlidir. Öz varlıq yönlərini tam tanıyaraq məqsədə çatmaq yolunda addımlamalıdır.

Allah çox sayda Quran ayəsini bu mövzuya həsr etmişdir. Bu ayə insanın yer üzündə xəlifə (canişin) olmasından söhbət açan mühüm ayələrdən biridir. (İnsanın çox önəmli yaradılış hadisəsini nağıl edən) bu ayə insanın yaradılış məqsədinin Allahın yer üzündə xəlifə və canişini olmaq olduğunu bildirir. Bu o deməkdir ki, insan ilahi sifətlərin nişanəsi və təzahürü olmalıdır.

Hədis: İmam Əli (ə): "Sizə Allahdan qorxmaq (təqvalı olmaq) əmr olunmuş və yaxşı işlər görmək, Allahın əmrinə tabe olmaq üçün yaradılmışsınız." (Biharul-ənvar, c. 32, səh. 356).

Milli.Az