Bakıda ağır qəza: Avtobusla minik maşını toqquşdu, xəsarət alan var - FOTO

1 İyul 2022 14:37

Bakının Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Bilgəh yolunda qeydə alınıb.

Belə ki, "Mercedess" markalı minik maşını Bakı Nəqliyyat Agentliyinin müntəzəm marşrut xəttində olan avtobusu ilə toqquşub.

İlkin məlumata görə, ölən olmasa da, minik maşınının sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Milli.Az