DİN-in bir qrup zabitinə general-mayor rütbəsi verilib - SƏRƏNCAM

1 İyul 2022 14:12

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Canpolad Alı oğlu Daanova

polis polkovniki Namiq Zirəddin oğlu Həsənova

polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova

polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.

Milli.Az