Ermənistan müxalifəti parlamentdəki vəzifələrini itirib

1 İyul 2022 13:30

Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan və İqtisadi məsələlər üzrə komitənin sədri Vaqe Akopyan vəzifələrindən azad edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Hesablama komissiyasının sədri Narek Babayan hər iki deputatın "Vətəndaş Müqaviləsi" Partiyasının parlamentdə keçirdiyi gizli səsvermə yolu ilə vəzifələrindən azad olunduqlarını bildirib.

Hakim fraksiya hər iki müxalifətçi deputatın parlamentdəki səsvermələrin əksəriyyətinə qatılmadığını xatırladıb.

"Hayastan" blokunun üzvü Vaqe Akopyan və onun fraksiya həmkarı, "Daşnaksütyun" partiyasında rəhbər postlardan birini tutan İşxan Saqatelyan vəzifələrini itirsələr də, deputat mandatlarını əlində saxlayıb.

Milli.Az