Səhiyyə naziri: "Azərbaycana yaxın günlərdə meymunçiçəyi testləri gətiriləcək"

1 İyul 2022 13:15

Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi virusunun təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən ölkələrdən olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu səhiyyə naziri Teymur Musayevdeyib. O bildirib ki, artıq həmin testlər ÜST-nin Azərbaycandakı Nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib.

"Testlər yaxın 2-3 gün ərzində Azərbaycana gətiriləcək", - nazir deyib.

Milli.Az