Səhiyyə Nazirliyi bu qurumla anlaşma memorandumu imzaladı - FOTO

1 İyul 2022 11:09

İyulun 1-də Bakıda Səhiyyə Nazirliyi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında anlaşma memorandumu imzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənədi səhiyyə naziri Teymur Musayev və konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov imzalayıb.

Memorandum dövlət və özəl sektorlar arasında əməkdaşlığı gücləndirəcək, eləcə də bu sahənin gələcək inkişafına xidmət edəcək.

Milli.Az