Daha bir ölkə Qod Nisanova sanksiya tətbiq etdi

1 İyul 2022 11:00

Azərbaycan əsilli iş adamı Qod Nisanov daha bir ölkənin sanksiya siyahısına daxil edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Avstraliya Qod Nisanov və daha 15 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Xatırladaq ki, iyunun 2-si ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə yaxın rus elitasına, onların yaxta və təyyarələrinə qarşı yeni sanksiyalar elan edib. Sanksiya tətbiq edilən şəxslər arasında Qod Nisanov da var idi.

Milli.Az