Komandolar maneələri peşəkarlıqla dəf etdi, şərti düşmən məhv edildi - VİDEO

1 İyul 2022 10:26

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) bölmələrində təlim-məşqləri keçirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər.

Komandoların fərdi bacarıqlarının, eləcə də atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.

Milli.Az