“Televiziya bərbad vəziyyətdədir”

1 İyul 2022 11:37

Müğənni Səmra Rəhimli instaqramda tənqidi status paylaşıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, o, həm verilişlərə, həm də TikTok canlılarına irad bildirib.

"Televiziya çox bərbad vəziyyətdədir. Psixoloji problemli insanları verilişə çıxarıb, reytinqi artırırlar. TikTok canlıları isə... Deqradasiya. Uşaq olanda deyirdim ki, böyüyəndə hər şey fərqli olacaq. Görürəm, 10-15 il əvvəl hər şey daha səviyyəli idi. İnsanlar da daha müasir idilər", - deyə, Səmra vurğulayıb.

Milli.Az