Rusiyanın daha bir ölkə ilə düşmənçiliyi başlayır

1 İyul 2022 19:37

Bolqarıstan 70 rus diplomatın ölkədən çıxarması qərarını ləğv etməsə, Sofiya ilə diplomatik əlaqələr tamam kəsilə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Bolqarıstandakı səfiri Yelena Mitrofanova deyib.

"Moskva olduqca kardinal addımlar atacaq. Bu, təsirsiz qala bilməz. Diplomatik əlaqələr kəsilə bilər! Moskva qərar verəcək", - deyə səfir bildirib.

Milli.Az