Putinin hədəsi təsir etdi - Finlandiya geri çəkildi

1 İyul 2022 15:30

Hazırda Finlandiyada NATO qüvvələrinin yerləşdirilməsinə ehtiyac yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

"Hazırda öz ərazimizdə NATO qüvvələrini yerləşdirməyə ehtiyac yoxdur. Şimali Atlantika Alyansının kollektiv təhlükəsizliyin təmin edilməsi planlarını dəstəkləyirik. Finlandiyanın Rusiya ilə ümumi sərhədi var və indi ora təhlükəsizdir", - deyə nazir bildirib.

Bununla belə, Haavisto əlavə edib ki, Finlandiya tərəfi istənilən fövqəladə vəziyyətə hazır olmaq istəyir.

Qeyd edək ki, Rusiya lideri Putin NATO hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdirilməsi halında buna adekvat cavab verməyə məcbur olacağı haqda xəbərdarlıq etmişdi.

Milli.Az