Qarşısına çıxan avtomobilləri cızdı, təkərlərini deşdi - VİDEO

1 İyul 2022 16:00

Sosial şəbəkələrdə uzun saçlı gəncin qarşısına çıxan avtomobilləri cızdığı və təkərlərini deşdiyi barədə görüntülər yayılıb. Kadrlar Rusiya paytaxtındandır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videodan aydın olur ki, gənc üzünü gizlətmir və diqqət çəkməkdən qorxmur.

Məlumatlara görə, azı 20 avtomobilə zərər dəyib. Zərərçəkənlər polisə müraciət edib. Gəncin axtarışına başlanılıb.

Milli.Az