Nil çayında üzən evlər sökülür - VİDEO

1 İyul 2022 16:22

On il ərzində Nil çayında müşahidə edilən üzən evlər tezliklə yox olacaq.

Bu qərarı Misir hakimiyyəti qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, bu, yeni "sahilyanı ərazilərin abadlaşdırılması planı"nın bəndlərindən biridir.

Yerdə qalan 30-a yaxın tikilinin sakinləri köçürülmə əmri alıblar. Onlar alternativ mənzil verilmədiyindən şikayətlənirlər. Üstəlik, onlara evlərinin sökülməsi ilə bağlı çox gec - prosesin başlanmasına iki həftə qalmış xəbərdarlıq edilib. Bu müddət isə qərardan məhkəməyə şikayət etmək üçün kifayət etməyəcək.

Milli.Az