Altıncı mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı - VİDEO

1 İyul 2022 15:07

Rusiyanın Krasnoyarsk şəhərində iki yaşlı uşaq binanın altıncı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb, ancaq sağ qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.

Məlumata görə, kişi oğlu ilə yatmağa uzanıb. Uşaq ayılıb və mətbəxə keçib. Oradan açıq pəncərəyə çıxıb və yıxılıb.

Milli.Az