Əyləci sıradan çıxan mikroavtobus əvvəl avtomobilə daha sonra yaşayış evinə çırpıldı - VİDEO

1 İyul 2022 14:00

İstanbulun Küçükçekmece rayonunda əyləci sıradan çıxan mikroavtobus geriyə doğru hərəkət etməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Mikroavtobus əvvəl park edilmiş avtomobilə daha sonra isə evin divarına çırpılıb.

Zərbənin təsirindən divarın bir hissəsi uçub dağılıb.

Milli.Az