Evini “Barbi” üslubunda təmir etdirmək üçün milyonlar xərclədi - FOTO

3 İyul 2022 11:52

Braziliyalı xanım uşaqlıqdan "Barbi" gəlinciklərinin fanatı olduğu üçün evini çəhrayı rəngə boyayıb. O, təmir işlərinə təxminən 170 min funt sterlinq xərcləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məktəbdə "gəlincik" ləqəbi ilə tanınan Bruna Barbie uzun illərdir ki, çəhrayı ev arzusunda olub. Artıq onun yataq otağı, məişət texnikası, mətbəx əşyaları, vanna otağı, eləcə də paltarları, eynəkləri və ayaqqabıları çəhrayı rəngdədir.

Qadın bu pulu sosial şəbəkələrdə məşhurlaşaraq qazanıb. Onun "TikTok"da 18 milyondan çox izləyicisi var.

Milli.Az