Yunanıstan rəsmi olaraq F-35 qırıcıları almaq üçün ABŞ-a müraciət edib

1 İyul 2022 13:00

Yunanıstan ABŞ-a bir eskadrilya Amerika F-35 qırıcı-bombardmançı təyyarələrinin alınması ilə bağlı rəsmi müraciətlə məktub göndərib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, bu qərarı NATO-nun Madriddə keçirilən sammiti zamanı Yunanıstanın baş naziri Kiriakos Mitsotakis jurnalistlərə bildirib. O, Yunanıstanın daha sonra belə təyyarələrin əlavə partiyası sifariş edəcəyini istisna etməyib:

"Bu prosesin bir hissəsi sorğu məktubu göndərməkdir. Və bu yaxınlarda göndərdik".

Milli.Az