Bu ölkədə 50-dən çox uçuş ləğv edilib

1 İyul 2022 13:52

İspaniya hava limanlarında "Ryanair" aviaşirkətinin onlarla reysi əməkdaşların tətili səbəbindən ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə Avropa KiV-ləri xəbər verib.

Cümə axşamı İspaniyadan yola düşməli və ya İspaniyaya çatması planlaşdırılan ümumilikdə 54 reys ləğv edilib. 300-dən çox reys gecikib.

Aviaşirkət əməkdaşları iş şəraitindən narazıdırlar. Onlar tətilin iyulun 2-dək davam edə biləcəyini istisna etmirlər.

Milli.Az