Qazax rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "report"a istinadən bildirir ki, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Heydərli Yeganə Ramil qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Milli.Az