İsrailin yeni baş nazirinin adı açıqlandı

1 İyul 2022 08:54

İsrailin "Yeş Atid" partiyasının lideri Yair Lapid iyunun 30-da iyunun 1-nə keçən gecə rəsmi olaraq ölkənin baş naziri olub.

Trend-in məlumatına görə, bu barədə "Kan" radiosu bildirib.

Y.Lapid İsrail tarixində 14-cü baş nazir olub.

Öz növbəsində, baş nazirin aparatı öz Twitter səhifəsində gecə yarısı Nazirlər Kabinetinin yeni rəhbərinin rəsmi fotosunu yerləşdirib. Fotonun altında "İsrailin baş naziri Yair Lapiddir" deyilib.

Milli.Az