Bakıda 2 yaşlı körpə hündürlükdən yıxılıb

1 İyul 2022 08:49

Bakıda 2 yaşlı körpə hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Əmircan qəsəsində 2 yaşlı Əliyev Tamerlan Rüstəm oğlu yaşadığı evin ikinci mərtəbəsindən ehtiyatsızlıqdan yerə yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az