Avtomobil qadını piyada keçidində vurub

1 İyul 2022 08:40

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolunu piyada keçidində keçən 1978-ci il təvəllüdlü Mikayılova Aybəniz Yusif qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az