Bakıda qəza olub, xəsarət alan var

1 İyul 2022 08:31

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1999-cu il təvəllüdlü Cabbarov Eltac Tofiq oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə nəticəsində E.Cabbarov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az