Beyləqan rayonunda azyaşlı ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.
Milli.Az "report"a istinadən bildirir ki, hadisə Rövşən Axundov küçəsində qeydə alınıb. 2019-cu il təvəllüdlü Şükürlü Yaqut Şamil qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Milli.Az