Bakıda avtomobil şadlıq sarayının qarşısındakı maşınlara çırpılıb - VİDEO - FOTO

1 İyul 2022 07:35

Bakının Binəqədi rayonunda 5 avtomobil qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şövkət Məmmədova küçəsində baş verib.

"Mercedes" avtomobilin sürücüsünün bildirdiyinə görə, onun idarə etdiyi maşını "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisəni törədən "Hyundai"-ın sürücüsü ərazidən uzaqlaşıb.

Nəticədə "Mercedes" şadlıq sarayında olan insanlara məxsus "Lexus", "Hyundai" və "Mercedes" markalı maşınlara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hazırda hadisəyə səbəb olan "Hyundai"-ın sürücüsü axtarışdadır.

Milli.Az