Finlandiya: PKK-ya qarşı əlavə addımlar atacağıq

30 İyun 2022 22:24

PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq.

Bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

Nazir ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı üçlü memorandumdan sonra PKK-ya qarşı Türkiyə ilə əməkdaşlığa başlayacaqlarını bildirib.

"Türkiyə tərəfindən bildirilən şəxs və şəxslərlə bağlı əlavə məlumatlara baxırıq. Səlahiyyətlilərimiz arasında yaxın zamanda əməkdaşlıq qurulacaq. Hər şeyi qanunauyğun olaraq edəcəyik", - Haavisto vurğulayıb.

Milli.Az