"Lokomotiv"də yeni baş məşqçi

30 İyun 2022 21:46

Rusiyanın "Lokomotiv" klubunun yeni baş məşqçisi açıqlanıb.

Yozef Tsinnbauer komandanın baş məşqçisi təyin edilib.

Ancaq baş məşqçi funksiyasını Marvin Kompper yerinə yetirəcək. Kompperin lazımi lisenziyası olmadığına görə Tsinnbauerə formal olaraq təyinat verilib.

Qeyd edək ki, Yozef Tsinnbauer Almaniyanın "Hamburq", İsveçrənin "Sankt Qallen" və CAR-ın "Orlando Payrets" komandalarını çalışdırıb.

Milli.Az