Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq

30 İyun 2022 18:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri ilə telefon danışığı aparacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o NATO Sammitindən sonra keçirilən mətbuat konfransı zaman deyib.

O qeyd edib ki, bu həftənin sonu və ya gələn həftə baş tutacaq telefon danışıqları zamanı Putin və Zelenski ilə Ukrayna limanlarından taxılın çıxarılması müzakirə olunacaq.

Milli.Az